Rafinya: “Barselona”da heç kim mənə yer bağışlamayıb”

“Barselona”nın yarımmüdafiəçisi Rafinya komandadakı çıxışı və öz ətrafında dolaşan transfer şayiələri barədə danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu bu komandada təsadüfən olmadığını bildirib:

“Barselona”ya keçdiyim gündən bəri hər transfer dönəmində klubdan ayrılacağım barədə şayiələr yayılırdı. Deyirdilər ki, bu komanda üçün kifayət qədər yaxşı deyiləm. Amma mən özümə və bacarığıma inanırdım. Bu komandada təsadüfən deyiləm. Burada oynamaq üçün heç kim mənə yer bağışlamayıb. Hər şeyə zəhmətimlə nail olmuşam. Bilirdim ki, əzmlə çalışsam, nəticə əldə edəcəm və insanlar fikirlərini dəyişəcək. Elə də oldu”.

28 yaşlı futbolçu 2024/25 mövsümündə La Liqada 36 matçda meydana çıxaraq, 18 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button