Rəsmi: “Qalatasaray”la “Sevilya” onun üçün danışıqlara başladı
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Fernando Rejes “Sevilya”ya transfer olunmağa yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Verilən məlumatda “sarı-qırmızılar”ın braziliyalı futbolçu üçün “Sevilya” ilə rəsmi danışıqlara başladığı bildirilib.
2017-ci ildən “Qalatasaray”da çıxış edən 31 yaşlı futbolçu, son mövsümdə iştirak etdiyi 32 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin