“Liverpul” 16 yaşlı futbolçu transfer etdi

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızılar”, “Fulhem”in 16 yaşlı futbolçusu Harve Elliotu heyətinə qatıb. Müqavilənin detalları haqda əlavə məlumat verilməyib.

Premyer Liqanın ən gənc futbolçusu olan Elliot, debüt matçını may ayında, 16 yaş 30 günlüyündə “Vulverhempton”a qarşı keçirib.

Elliot İngiltərənin 17 yaşadək futbolçulardan ibarət millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button