Rəşad Sadıqov: “Sırf bu epizoda görə məyus oldum”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu (1:3, ilk oyun 1:0) şərh edib.
Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“120 dəqiqə maraqlı matçın şahidi olduq. İlk hissədə aqressiv oyun gedirdi. İkinci hissədə oyunun tərzi dəyişdi. “Neftçi”ni təbrik edirəm. Hər iki komanda mərhələni keçməyə layiq idi. Biz çox istəkli idik. Sonda rəqib qol epizodlarından maksimum istifadə etdi. Yaxşı qol epizodlarımız oldu. Alınmadı. Açıq futbol oynadıq. Soyunub-geyinmə otağında hansısa hadisə baş vermədi.
Rəhim Sadıxovu penalti zərbəsinə görə əvəzlədim. Hamidu Keyta özünü inamlı hiss etməsə, Rəhim istifadə edəcəkdi. Çox pozitiv notlardaydıq. Sırf bu epizoda görə məyus oldum. Ola bilər Keyta növbəti dəfə də penalti zərbəsini qaçırsın. Penalti zərbəsini vuran futbolçu dəyişmir. O, penaltini öz əməyi ilə qazandı. Qapıçı da zərbəni dəf etdi. Rəhimlə bağlı düşünəcəyəm. Tələsik qərar vermək istəmirəm.
Sadıxov matçda solda başlamışdı. İkinci hissədə oyunu gücləndirə biləcək futbolçularımız var idi. Rəhim universal futbolçudur. Neçə oyundur ki, hücumçusuz oynayırıq. Hücumçu transfer etməyi düşünürük”.
Kubok oyunları elədir ki, masa üzərində rəqib zəif görünə bilər. Amma matçda gəlib görürsən ki, hər şey fərqlidir. Qarşındakı komanda matça böyük motivasiya ilə çıxır. Rəqib çox istəkli idi. Azərbaycan futbolu bu gün qazandı. Ötən il biz mərhələni keçmişdik. Bu gün onlar keçdi.
Çox xoş idi. “Neftçi” azarkeşləri karyeramda önəmli rol oynayıblar. 4-5 il burada yetişmişəm. “Neftçi” və “Qarabağ” azarkeşlərinin həyatımda rolu çox böyükdür”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin