Rəqibi təəccübləndirmək istəyir
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə qarşılaşmasından öncə gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, məşqlər zamanı çox çalışdıqlarını bildirib:
“Dinamik futbol oynamaq və rəqibi təəccübləndirmək istəyirik. Bunu nə üçün etməyi düşünürük? Məncə, belə etsək, onlar bizim futbolçuların oyununu oxuya bilməyəcəklər.
Hər bir matç üçün nəzərdə tutulan məşqlərdə var gücümüzlə çalışırıq. Biz getdikcə daha yaxşı olmaq istəyirik”.
“Mançester Yunayted” – “Sevilya” matçı bu gün, saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin