“Rəqib meydanında oynamaq çətin oldu”
“Səbail”in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün öz dəst-xətti ilə seçilən komandaya qarşı oynadıq. Oyundan-oyuna rəqibin həm sürətli, həm də dinamik oyun nümayiş etdirdiyi görünür. Bizə gəldikdə isə, bir sıra çətinliklərimiz var. Süni meydandan təbii meydana keçmişik, millidə olan oyunçular komandaya bir az gec qoşuldular. Bunun fonunda rəqib meydanında oynamaq çətin oldu. Kamran Ağayevin zədəsi var. Elxan Əhmədov da xəstələnmişdi, matça bərpa olunması çətin oldu. Nailə də güvənirdik. Neçə vaxtdır gözləyirdik ki, ona şans verək. 21 yaşı var, Premyer Liqada oynamağa hazır futbolçudur. Sadəcə, debüt oyunu olduğundan, onun üçün çətin idi”.
Bizi Facebook-da izləyin