Rəsmi: İtaliya klubu baş məşqçiylə vidalaşdı
İtaliyanın “Sampdoriya” klubu baş məşqçisi ilə yollarını ayırıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sampdoriya” baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb. Prezident Massimo Ferrero ilə keçirilən görüşdən sonra 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub.
İtaliyalı mütəxəssisin “Milan”la anlaşdığı və təyinatın yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin