Rəşid Məmmədəliyev Avropa çempionu oldu
Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.
73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bolqarıstanlı Rumen Radev, monteneqrolu Marko Quşiç, almaniyalı Şamil Zavbatırov və moldovalı Petru Pelivanı üstələyərək finalda rusiyalı Ayub Xajaliyevlə qarşılaşıb. Rəşid Məmmədəliyev güclü rəqibi üzərində təmiz qələbə qazanaraq karyerasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, ilk yarış günündə Nurlan Osmanov 66 kq çəkidə gümüş medala layiq görülüb. Avropa birinciliyinə noyabrın 3-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin