Rəqibini vuran futbolçuya 4 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqanın 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kür-Araz” – “Dinamo” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilib.
“Kür-Araz” – “Dinamo” oyunu bitdikdən sonra “Kür-Araz”ın futbolçusu Elxan Məmmədov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Kür-Araz” klubu 200 manat cərimə edilib.
“Kür-Araz” – “Dinamo” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kür-Araz” klubu 50 manat cərimə edilib.
“Kür-Araz” – “Dinamo” oyununda “Dinamo” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.
“Kür-Araz” – “Dinamo” oyunu bitdikdən sonra “Dinamo”nun futbolçusu Elxan Zeynalabdinzadə rəqibi yumruqla vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Dinamo” 300 manat cərimə edilib.
“Füzuli” – “Sheki City” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.
“Göygöl” – “Baku Sportinq” oyununda “Göygöl”ün futbolçusu Çingiz Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Göygöl” klubu 50 manat cərimə edilib.
“Kürmük Qax” – “Ağdaş” oyununda “Ağdaş”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.
Bizi Facebook-da izləyin