Qərb derbisindən sonra dava
Premyer Liqanın 30-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyunundan sonra qalmaqal yaşanıb.
Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hakimin final fitindən dərhal sonra meydanda dava düşüb. Belə ki, iki komandanın futbolçuları əlbəyaxa davaya çıxıblar. Onları məşqçilər və klub rəsmiləri sakitləşdiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin