“Qəbələ”nin futbolçusu: “Bu nə oyun, nə geridönüş idi?”
“Qəbələ”nin futbolçusu İsnik Alimi “instaqram” hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, şimali makedoniyalı yarımmüdafiəçi Premyer Liqanın 31-ci turunun “Sumqayıt”la görüşündə (2:3) hesabda 0:2 geriyə düşdükdən sonra geridönüş etmələrini şərh edib:
“Bu nə oyun, nə geridönüş idi? Hər kəslə fəxr edirəm. İndi bərpa olunub, cümə axşamı final üçün hazırlaşmalıyıq. Birlikdə bacara bilərik”.
“Qəbələ” ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında aprelin 27-də “Səbail”lə qarşılaşacaq. Qəbələdə keçirilən ilk oyunda “Qəbələ” 3:2 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin