“Qəbələ”dən Rusiya klubu ilə heç-heçə
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq prosesinin 5-ci günündə Rusiyanın “Orenburq” klubu ilə qarşılaşıb.
“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazasında baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. “Qəbələ”nin yeganə qolunu 50-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Xatırladaq ki, “Qəbələ” Boluda keçirdiyi ilk matçda Moldova təmsilçisi “Sukleya”ya 4:2 hesabı ilə qalib gəlmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin