Hakimi yumruqla vuran futbolçuya 5 illik cəza – video

Qvatemalanın üçüncü divizionunda mübarizə aparan “San-Lorenso Coqo Fut” klubunda çıxış edən Erik Entoni Qarsiya 5 illik futboldan uzaqlaşdırılıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Qarsiya yerli çempionat çərçivəsində “Tiburones”lə keçirilən matçda hakimi yumruqla vurduğu üçün cəzalanıb.

Oyunun 72-ci dəqiqəsində qırmızı vərəqə alan Qarsiya bu qərarla razılaşmayıb və hakimin üzünə yumruqla vurub. Qarsiya 5 illik futboldan diskvalifikasiya olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button