“Qvardiolanı sevirəm, futbola gələndə mənə ən çox kömək edən insandır”
“Brayton”un baş məşqçisi Roberto De Zerbi “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola ilə münasibətindən danışıb.
Komanda.az “BoboTV”-yə istinadən xəbər verir ki, De Zerbi, Qvardiolanı sevdiyini bildirib:
“Mançester Siti” ilə matçda məni narahat edən yeganə şey 60 faizdən 40 faizə qədər topa sahiblik itkisi idi. Bu barədə Pepə oyundan sonra dedim. Onu sevirəm, futbola gələndə mənə ən çox kömək edən insandır. Müqavilə imzalayanda mənə zəng etdi ki, nəyəsə ehtiyacım olsa deyim. Mənə uğurlar arzuladı.
Onun haqqımdakı təriflərini oxuyanda məmnun oldum. Qvardiola tarixdə ən yaxşılardan biridir. O, beş dəfə Premyer Liqanın qalibi olub, Çempionlar Liqasındakı nəticələr onun işinin əhəmiyyətini əks etdirən bir şey deyil.
Qvardiola mənə kömək etdi. Baxmayaraq ki, mən onun üçün heç kim deyildim, biz birlikdə oynamamışıq”.
Bizi Facebook-da izləyin