
Qvardiola Dani Alveşi istəmir
İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Dani Alveşlə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, PSJ-dən ayrıldıqdan sonra “şəhərlilər”ə transfer olunmaq istəyən 36 yaşlı müdafiəçi haqqında danışan ispan mütəxəssis, bunları deyib:
“Bütün dünya Alveşin nə qədər dəyərli futbolçu olduğunu bilir. O, mükəmməl xarakterə malik futbolçudur, amma hazırda heyətimizdə iki inanılmaz sağ cinah futbolçusu var. Hazırkı vəziyyət budur”.
2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, son mövsümdə iştirak etdiyi 32 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin