ÇL: Yeni transfer “Real”la oyunda iştirak edəcək?

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqası çərçivəsində “Real”a qarşı keçiriləcək oyun öncəsi yarımmüdafiəçi Niko Qonsalesin hazırlığı haqda danışıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Qonsalesin hazır olacağına ümid edir:

“Niko “Real”la oyuna hazır olacaqmı? Ümid edirəm ki, hazır olacaq. O, güclü zərbə aldı. Bir neçə günümüz qalıb, görərik”.

Qonsales komandasının 2:1 hesabı ilə qalib gəldiyi “Leyton Orient”ə qarşı oyunda debüt edərkən zədələnib və 22 dəqiqə sonra əvəzlənib.

“Mançester Siti” sabah pley-off mərhələsinin ilk oyununda evdə “Real”ı qəbul edəcək. Cavab qarşılaşması fevralın 19-da Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button