Qvardiola belə uğursuz olmamışdı
“Mançester Siti” İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Mançester Yunayted”ə 1:2 hesabıyla məğlub olub.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” çempionatda keçirdiyi ilk 16 oyunda 32 xal toplayıb. Bu, komandanın baş məşqçisi Pep Qvardiola üçün ən uğursuz start olub. Belə ki, ispan mütəxəssisin rəhbərlik etdiyi əsas komandalardan heç biri indiyədək belə pis nəticəyə imza atmamışdı.
“Mançester Siti”yədək “Barselona” və “Bavariya”da çalışan Pep, yalnız 2007/08 mövsümündə “Barselona B” komandası ilə 16 tur ərzində 31 xal toplamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin