Qvardiola: “Heç vaxt heç kimi mühakimə etməyəcəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında Bernardo Silvanın uğursuz penalti zərbəsi ilə bağlı fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, portortuqaliyalı futbolçunun “Panenka zərbəsi”ni yerinə yetirmək istədiyini söyləyib:

“Silva “Panenka zərbəsi”ni yerinə yetirmək istədi, lakin Andrey Lunin onu asanlıqla dəf etdi. Penaltilər seriyasına çıxmaq böyük məsuliyyətdir. Mən heç vaxt heç kimi mühakimə etməyəcəm. Yalnız hörmət göstərəcəm”.

İngiltərədə keçirilən görüş 1:1 hesablı bərabərliklə başa çatıb. “Real”ın futbolçuları penaltilər seriyasında daha dəqiq olub – 4:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button