Qvardiola: “Heç vaxt çempionluq yarışının bitdiyini deməmişəm”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, komandası üçün çətin olacağını deyib:
“Bir neçə həftə əvvəl demişdim ki, çempion olmaq üçün çox xal toplamaq lazımdır. Bunu etməyə çalışacağıq. Mən heç vaxt çempionluq yarışının bitdiyini deməmişəm. Bizim üçün çətin olacaq, bunu bilirik”.
“Mançester Siti” Premyer Liqada 26 turdan sonra 63 xalla liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin