Qvardiola: “Çox xoşbəxtəm”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınan “Vest Hem”lə matçından sonra (3:0) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, cari mövsümdə ölkə çempionatında 35-ci qolunu vuran hücumçu Erlinq Haland haqda danışıb:
“Bu, inanılmazdır. Erlinq meydançada olduğu vaxtlarda qalib gəlməyimiz üçün vacib qollar vurub. Çox xoşbəxtəm. Haland unikal, xüsusi futbolçudur.
O, fəxri dəhlizdən keçməyə layiqdir. Çünki karyerasının inanılmaz mərhələsini yaşayır. Növbəti oyunlarda öz rekordunu da yeniləyə bilər. Erlinq daha çox qol vuracaq!”
İngiltərə Premyer Liqa tarixində bir mövsümdə ən çox qol vuran (35) oyunçuya çevrilən Erlinq Haland üçün komanda yoldaşları fəxri dəhliz yaradıblar.
“Şəhərlilər” hazırda 79 xalla turnir cədvəlinin birinci pilləsində yer alır. Onların ən yaxın izləyicisi “Arsenal”dır (78 xal).
Bizi Facebook-da izləyin