Qvardiola çempionluqdan əlini üzüb
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının çempionu olmaq şanslarını dəyərləndirib.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı heç bir şansın olmadığını bildirib:
“Heç bir şans yoxdur. Bunun üçün oyunçularımız zədəlidir. Çox çətindir. Liderliyə yüksələ biləcəyimizi hiss etmirəm. Baxmayaraq ki, bəlkə də, olacaq, kim bilir”.
İngiltərə çempionatının 16 turundan sonra “Mançester Siti”nin 27 xalı var və komanda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qvardiolanın yetirmələri lider “Liverpul”dan 9 xal geri qalır.
“Şəhərlilər” Premyer Liqanın növbəti oyununda səfərdə “Aston Villa” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin