Qvardiola birincidir

“Mançester Siti” İngiltərə Premyer Liqasının 23-cü turunda “Aston Villa”nı məğlub edib (3:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub. İspaniyalı mütəxəssis İngiltərə çempionatında keçirdiyi 250 oyunun 184-də qələbə qazanıb.

“Liverpul”un çalışdırıcısı Yurgen Klopp 160 qələbə ilə ikinci sırada qərarlaşıb. Hazırda İtaliya A Seriyası təmsilçisi “Roma”nı çalışdıran Joze Mourinyo 158 qələbə ilə üçüncüdür.

İlk beşliyi “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson (152 qələbə) və “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger (146) tamamlayır.

“Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 48 xalla ikinci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button