Qurban Qurbanov: “Təmkinli olmalıyıq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Dandalk” klubuna qarşı cavab oyunu öncəsi təşkil olunan mətbuat konfransına qatılıb.
Komanda.az xəbər verir ki, Qurbanov ilk görüşdəki 1:1 hesablı bərabərlikdən sonra cavab matçına ciddi hazırlaşdıqlarını söyləyib:
- Çox vacib bir oyuna hazırlaşırıq. Cavab matçları daha diqqətli olmağa məcbur edir. Xüsusilə, belə rəqiblərə qarşı. Hər iki komanda çox istəklidir. Biz də həddindən artıq çox istəyirik ki, növbəti mərhələyə keçək. Nə qədər çətin olsa da, sabah hər birimizi çox maraqlı oyun gözləyir.
- Zədəli futbolçuların vəziyyəti necədi?
- Zədəlilərin vəziyyəti yaxşı deyil. Bədavi Hüseynov məqşlərə başlasa da, yenidən müalicəyə ehtiyac oldu. 4-5 gün əlavə istirahətə ehtiyacı var. Qalan futbolçular 100 fazi hazır olmasalar da, onlarda vəziyyət yaxşılığa doğru gedir. Sabah səhər son məşq olacaq, ondan sonra qərar verəcəyik.
- Faysal və Qeyenin meydana çıxmaq ehtimalı nə qədərdi?
- Optimal formalarından hələ uzaqdılar. Ən azı birinin “18-lik”də olmaq şansı var. Start heyətində olmayacaqlar.
- İlk matçın ikinci hissəsindəki oyununuzda dəyişiklik olacaqmı?
- Bütün oyunlarda müəyyən dəyişikliklər olur. Hər zaman oyun üslubumuzu qoruyub saxlamağa və yaxşılaşdırmağa çalışırıq. 90 dəqiqə eyni oyunu sərgiləmək olmur. Rəqibi analiz etmişik, onların oyunun qarşısını almağa çalışacağıq.
- İrlandiya millisinin baş məşqçisi bildirib ki, “Qarabağ” doğma meydanda daha əsəbi oynayacaq…
- İnşallah, əsəbləşmərik. Futbolun nə demək olduğunu bilirik. Bir az aqressivlik lazımdı. Futbolçularda arzu, istək görmək istəyirik. Belə oyunlarda təmkinli olmalıyıq. Futbolçularda idman prinsiplərinə görə əsəbləşmək xarakteri var.
- Sizcə, “Neftçi” “Arsenal” səddini keçə bilərmi?
- Ümid eidrəm ki, keçər. Hər qələbə ölkə reytinqinə xal verir. Həm “Qəbələ”yə, həm də “Neftçi”yə uğurlar arzu edirəm.
- Bu gün mətbuatda Mahir Mədətovun İspaniyaya transfer oluna biləcəyi ilə bağlı xəbərlər yayılıb…
- Bu barədə oyundan sonra danışmaq olar.
- 3-cü təsnifat mərhələsindəki rəqibiniz barədə düşüncələriniz nədi?
- Hamımız sabahkı oyuna köklənmişik. Növbəti rəqiblər haqqında düşünmək nəinki futbolçulara, mənə də mane ola bilər. Ona görə də, əsas olan sabahkı oyundu.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin