Qurban Qurbanov: “Rəşad Sadıqov belə matçlarda yaxşı təsir bağışlayır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə ölkə kubokunun final oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Qurbanov matça yaxşı hazırlaşdıqlarını deyib:

“Hamınızı salamlayıram. Matça yaxşı hazırlaşmışıq. Titul qazanmaq həmişə vacibdir. Hər bir futbolçu istəyər ki, ölkə kubokunu qazansın. “Zirə” üçün də vacib oyun olacaq. Rəşad Sadıqov belə matçlarda yaxşı təsir bağışlayır. Onlar daha istəklidirlər.

Oyunçularımı psixoloji olaraq hazırlaşdırmışam. Onların qarşısında kuboklara daha ac bir kollektiv olacaq. Kubok oyunlarında gözlənilməz nəticələr çox olur”.

Azərbaycan kubokunun final matçı iyunun 2-də, saat 20.00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button