Qurban Qurbanov: “Qrupdan çıxmaq bizim üçün çətinləşdi”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyədə “Sivasspor”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:
“Sivasspor”u təbrik edirəm. Vacib 3 xal qazandılar. Çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlar edən komandaya qarşı oynadıq. Çox istəkli idik. Futbolçular çox çalışdılar. Maksimum səylə topu özümüzdə saxlamaq istəyirdik. Daha yaxşı oynaya bilərdik, amma qarşımızda yaxşı müdafiə xətti var idi. Bir standart vəziyyət, bir də əks-hücumdan qol buraxdıq.
Qrupdan çıxmaq bizim üçün çətinləşdi. Qrafikimiz çox sıxdı. Bu oyunu yaddan çıxarıb, qarşıdakı matçlara baxacağıq. Daha doğru, daha düzgün hazırlaşmalıyıq”.
Bizi Facebook-da izləyin