Qurban Qurbanov: “Qrupdan çıxmağı çox istəyirik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Qələbə qazansaq da, mənim üçün danışmaq asan deyil. Yenə 21 şəhidimiz var. Allah hər birinə rəhmət eləsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Matçın məsuliyyətini dərk edirdik. İlk hissədə həyəcan hiss olundu. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bizdən bunu gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm.
- İlk 20-25 dəqiqədə komandaya nə olmuşdu? İkinci hissədə oyunu çevirməyi necə bacardız?
- Dediyim kimi, ölkədə baş verənlər onlara təsir edir. Futbolçularıma deyirdim ki, biz üzərimizə düşən borcu yerinə yetirməliyik. Avrokuboklarda olan təcrübə oyunçulara güvən verdi və oyunu dəyişə bildilər. Futbolçularıma demişdim ki, hər zaman yanınızdayam.
- “Qarabağ” qrupda ikinci yer tuta bilərmi?
- Bunu çox istəyirik. Lakin görürsüz ki, rəqiblər çox güclüdür. Rəqiblər oyundan oyuna bizə daha ciddi yanaşırlar. İstəyirik. Lakin hər şeyə real baxmalıyıq.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin