Qurban Qurbanov püşkü dəyərləndirdi: “Hələ vaxtımız var”
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) klubları ilə bir qrupda mübarizə aparacaq.
Komanda.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:
“Qrupumuzda yer alan komandalardan APOEL tanış rəqibdi, gücləri bəllidi. “Düdelanj”la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidi. “Sevilya” isə hamıya bəllidi, Avropa Liqasını ən çox qazanmış klubdu. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin