Qurban Qurbanov: “Oyunun təxirə salınmasını mən istədim”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalbi gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbirli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm.
50 yaşlı mütəxəssis bu qarşılaşmanın Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə UEFA Çempionlar Liqasının pley-off görüşləri üçün faydalı olacağını söyləyib: “Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürpriz edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik”.
Qurbanov 3-cü turda “Turan Tovuz”la görüşün təxirə salınmasına münasibət bildirib: “Görüşün təxirə salınmasını mən istədim. Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Qarşılaşmanın təxirə salınmanın faydası olacağını düşünürəm”.
Təcrübəli baş məşqçi oyunun VAR sisteminə görə çox dayandığını sözlərinə əlavə edib: “Əsas vaxta baxsaq, bəlkə də elə 90 dəqiqə oynamışıq. Hakimlərimiz VAR-a yeni öyrəşir. Qərarlarda bir az gecikirlər. Zamanla bunlar düzələcək, daha tez qərar veriləcək”.
Bizi Facebook-da izləyin