Qurban Qurbanov: Mütləq rekord və 10-cu mükafat
Azərbaycan Premyer Liqasının qalibi adına yiyələnən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 6-cı dəfə bu titula sahib çıxıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubunun 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərindəki uğurlarında da pay sahibi olan mütəxəssis, çempionluq sayında Azərbaycan rekorduna imza atıb. O, 5 dəfə belə uğura nail olan Ağasəlim Mircavadovu arxada qoyub. Ümumilikdə isə 10 baş məşqçi yetirmələrini qızıl medallara daşıyıb.
Qurbanov həm də baş məşqçi kimi yubiley medalını qazanıb. “Qarabağ”ın “sükanı arxasında” iki gümüş və iki bürüncü də olan mütəxəssis Azərbaycan çempionatlarında 10-cü dəfə ilk “üçlüy”ə düşüb.
“Neftçi” ilə gümüş mükafata yiyələnən Roberto Bordin ölkəmizdə medal qazanan ilk italiyalı baş məşqçi olub. Aftandil Hacıyevin baş məşqçi kimi elitada ilk uğuru isə “Səbail”dəki “bürünc”dür. Bu iki mütəxəssis Azərbaycan çempionatları tarixində medal qazanan baş məşqçilərin sayını 37-yə çatdırıb.
Bizi Facebook-da izləyin