Qurban Qurbanov: “İstədiyimiz çox şey alındı”
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün sonuncu yoxlama oyununda Çexiyanın “Viktoriya” (Plzen) klubuyla 2:2 hesablı heç-heçə edib.
Komanda.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
“Yaxşı oyun alındı. Hesabın 2:2 başa çatmasına baxmayaraq, oyunda istədiyimiz çox şey alındı. İkinci hissədə çox dəyişiklik etdik, oyunun balansı bir az pozuldu. Son oyunumuz idi, hər oyundan oyuna daha da yaxşı performans göstərdik. 2 günlük istirahətin ardından “Partizani”ylə oyunun hazırlığına başlayacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin