Qurban Qurbanov hakimlikdən niyə narazı qalıb?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirilən ev oyunu haqda fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 4:2 hesablı qələbəni belə şərh edib:

“Təbrik edirəm futbolçularımızı. Futbolçularda istək var idi. Razı qaldım. Oyun intizamını qoruyub saxlayırdılar”.

Baş məşqçi eyni zamanda hakimə qarşı etirazından və kubokun finalında hansı komanda ilə qarşılaşmaq istədiyindən danışıb:

“Bu qədər oyun dayandırmaq yaxşı hal deyil. Futbolçu oyuna uyğunlaşmalıdır. Bəsit epizodlarda sarı vərəqə vermək düzgün deyil. Burada oyunun taleyi həll oluna bilər. Dayanıb yerlərində mübarizə aparacaq deyillər. Oyunun sürətini artırmaq istəyəndə pauza verilir. Oyunçu oyuna uyğunlaşmalıdır.

Finalı hələ ki, düşünmürəm. Tam səmimi. Finala çıxmaq istəyirəm, ancaq kiminlə qarşılaşmaq istədiyimi bilmirəm”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button