Qurban Qurbanov: “Dandalk” bizə uyğun rəqib deyildi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiyanın “Dandalk” klubu ilə qarşılaşdıqları cavab oyunundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Qurbanov 3:0 hesabı ilə qələbə qazandıqları oyunu belə şərh edib:

  • Futbolçularımı təbrik edirəm. Bütün həftəni ciddi hazırlaşmışdıq. Tapşırıqlarımı yerinə yetirdilər. Gərgin oyun oldu. Bizə uyğun olmayan rəqib idi. Oyundan öncə də demişdim ki, çox iddialı danışırlar. Futbolçular da qələbə qazanaraq, bunu azarkeşlərə hədiyyə etdilər.
  • Yerli futbolçularım çıxışını necə dəyərləndirirsiz?
  • Futbol bir nəfərdən ibarət deyil. Komanda olaraq intizamli oyun göstərdilər. Rəşad Sadıqov bütün futbolçulara örnəkdi. Futbolçular səhvlər də etdilər. Ancaq qalib gəlmək üçün həddindən artıq çox çalışdılar.
  • İkinci hissədə müəyyən dəqiqələrdə “Qarabağ” oyunda yox idi. Bu nə ilə bağlıdı?
  • Hansısa komandanın 90 dəqiqə ərzində eyni templə oynaması mümkün deyil. Məğlub komanda bəzən daha aktiv olurl. Düzdü, bir neçə dəqiqə oyundan qopma oldu.
  • Filip Ozobiçin durumu nə yerdədi?
  • Sabah tam bilinəcək. Tam ciddi olmasa da, yüngül də deyil. Zədə diz nahiyəsindədi, bir az problemli ola bilər.
  • APOEL-in məşqçiləri də burda idi. Siz də onların oyunlarını izləmisizmi?
  • Ümumi məlumatım var. Son oyunda vurduğu qollara baxmışam. Ümumi komandaya diqqət ayırırıq. Hamımızı maraqlı oyun gözləyir.
  • “İmarət Tayfa”ya qarşı olan polis təxribatı ilə bağlı nə düşünürsüz?
  • Polis və azarkeş mehriban düşməndi. Çox oyunlarda belə olur. Adətən azarkeşlər qalib gəlir.
  • “Partizani” ilə oyunda daha çox həyəcanlı idiz, ya bu gün?
  • Bu komandaya qarşı oynamaqda çətinlik çəkirdik. Ancaq “Partizani”ni bilirdik ki, müdafiə olunub, əks-hücuma çıxırlar. Bunların necə oynayacağını bilmək olmurdu.
  • APOEL Kiprdə yerləşir və orda Azərbaycana qarşı heç də yaxşı münasibət göstərmirlər. Bunu, “Neftçi”nin oyunu zamanı görmüşük. Buna psixoloji cəhətdən komanda hazır olacaqmı?
  • Bu, idmandı. Biz ilk növbədə idman prinsiplərinə riayət etməliyik. Bütün diqqətimiz meydanda rəqibə qarşı necə oynamaqd olmalı, qalib gəlməyin yollarını axtarmalıyıq. Sırf idman prinsiplərinə riayət edirik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button