“Qrup oyunlarında nəyin çatışmadığını demək çətindir” – Mahir Emreli
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli İngiltərədə “Çelsi”yə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Emreli, səhvlərini təhlil etməli olduqlarını deyib:
“Qrup oyunlarında nəyin çatışmadığını demək çətindir. Səhvlərimizi təhlil etməliyik. Bunu təcrübə kimi qəbul edib, növbəti görüşləri düşünməliyik”.
Mahir “Çelsi” ilə oyunun çətin keçdiyini bildirib:
“Matça yaxşı başlamışdıq. Amma rəqibimiz böyük komandadır. Bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və qol buraxdıq. Onlar ikinci hissəyə yaxşı start vermişdilər. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik”.
25 yaşlı hücumçu Zaqreb klubunun azarkeşləri haqqında da danışıb:
“Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma “Dinamo” fanatları inanılmazdır. Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik. “Çelsi” ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Tərəfdarlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin