Qrizmann məşqlərə başlayıb
Fransa millisinin və “Atletiko”nun hücumçusu Antuan Qrizmann DÇ-2022-nin finalından sonra komanda ilə məşqlərə başlayıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, İspaniya La Liqasının 15-ci turunun “Elçe” ilə matçına qədər hazır ola və komandasına kömək edə bilər.
Madrid klubunun DÇ-2022-də iştirak edən daha 4 futbolçusu – Rodriqo de Paul, Anxel Korrea, Nahuel Molina (Argentina millisi) və İvo Qrbiç (Xorvatiya millisi) bu gün məşqlərə başlayacaqlar.
Qrizmann Fransa millisinin heyətində DÇ-2022-də 7 matça çıxıb, 3 məhsuldar ötürmə verib və gümüş medal qazanıb.
“Atletiko” İspaniya La Liqasında 14 oyundan sonra 24 xalla 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin