“Qrizmann 14 yaşlı uşaq kimi görünür”
İspaniyanın “Real” klubunun sabiq futbolçusu Xavyer Balboa “Barselona”nın üzvü Antuan Qrizmannla bağlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı sabiq futbolçu, Qrizmannın oyununu tənqid edib:
“Antuan Avropanın ən yaxşı futbolçularından biridir və Lionel Messi, Luis Suares kimi futbolçuların olduğu “Barselona”da oynayır. Komandada yer tapa bilməsən belə, bununla mübarizə aparmalısan. Qrizmann 14 yaşlı uşaq kimi görünür. O, dünya çempionudur və “Barselona”da Messinin, Suaresin oyununa uyğunlaşa bilmir? Bu, iradə və istək məsələsidir. Martin Breytveyt bunu bacardı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin