
“Latsio”dan “Mançester Yunayted”ə təklif
“Mançester Yunayted”in cinah oyunçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Latsio” klubu 21 yaşlı ingilis futbolçu üçün “qırmızı şeytanlar”a təklif göndərib. Təklifin detalları hələ ki, məlum deyil.
Qrinvud sonuncu dəfə meydana 2022-ci ilin əvvəlində çıxıb. O, sevgilisinə qarşı zorakılıq ittihamı ilə saxlanılıb. 2023-cü ilin fevral ayında Mançester polisi Qrinvudun məsələsi ilə bağlı işi bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin