Qriliş narazıdır
“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş hazırkı forması haqda danışıb.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, Qriliş özünü fiziki baxımdan tam hazır hiss etmədiyini bildirib:
“Mən hələ də özümü yüz faiz hazır hiss etmirəm. Bu mövsüm, mövsümöncəsi hazırlıq da daxil olmaqla, cəmi beş oyun keçirmişəm və cəmi bir matçı tam, 90 dəqiqə oynamışam. Hələ özümü mükəmməl fiziki formada hiss etmirəm.
Mən qol vurmalı və daha çox ötürmə etməliyəm. Əlimdən gələn yeganə şey qol vurmaq və məhsuldar ötürmə verməkdir. İnsanlar həmişə klubun məni hansı məbləğə aldığı barədə danışacaqlar. Həqiqətən, öz oyunumu təkmilləşdirmək istəyirəm və ümid edirəm ki, bu komanda ilə və bu azarkeşlərin qarşısında oynayaraq, bunu edə biləcəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin