“Qızıl top” şübhəsiz ki, Messiyə verilməlidir” – Ronaldo

Braziliya millisinin sabiq hücumçusu Ronaldo 2022/2023 mövsümü üçün “qızıl top”u kimin qazanmalı olduğu sualına cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mükafata Lionel Messinin layiq olduğunu söyləyib:

“Qızıl top” şübhəsiz ki, Lionel Messiyə verilməlidir. Başqa yol yoxdur. Onun 2022-ci il dünya çempionatında etdikləri xüsusi idi. Bu mənə Dieqo Maradona və Pelenin dünya çempionatındakı çıxışlarını xatırlatdı”.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button