“Qızıl top” barədə danışmaq istəmirəm” – Flik

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “qızıl top” haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bu barədə ictimaiyyətə danışmaq istəmədiyini bildirib:

“Mükafatı kim almalıdır? Bu maraqlı sualdır. Çox böyük oyunçular var, amma bu barədə ictimaiyyətə danışmaq istəmirəm. Bu, mənim işim deyil”.

Daha əvvəl mətbuatda fərdi mükafatın favoritlərinin braziliyalı hücumçu Vinisius Junior və ispaniyalı yarımmüdafiəçi Rodri Hernandes olduğu bildirilirdi. “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın sonunda baş tutacaq.

Ötən il mükafatın qalibi Lionel Messi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button