MY Ronaldoya əvəzləyici tapıb

“Mançester Yunayted” portuqaliyalı hücumçu Kriştiano Ronaldonun klubdan ayrılacağını ehtimal edərək, ona əvəzləyici axtarır. 

Komanda.az “sportbible”-yə istinadən xəbər verir ki, “Bayern”in hücumçusu Erik Maksim Çupo-Motinq İngiltərə klubunun maraq dairəsindədir.

“Mançester Yunayted” kamerunlu hücumçunu ciddi şəkildə izləyir. Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. “Bayern” özü də hücumçu ilə müqaviləni uzatmaqda maraqlıdır.

Çupo-Motinq son 6 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Ronaldo isə bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürməsi var.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button