Qazaxıstanda da çempionat dayandırıldı

Qazaxıstanda bütün futbol yarışları aprelin 15-dək dayandırılıb.

Komanda.az xəbər verir ki, səbəb kimi koronavirus pandemiyası ilə əlaqədar profilaktik işlərin aparılması göstərilib.

Ölkədə bu gündən bir aylıq fövqəladə vəziyyət rejimi qüvvəyə minib. Məqsəd əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

Oyunların yeni tarixi barədə qərar bir müddətdən sonra açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl qonşu ölkələrdən Gürcüstan və İranda da bütün idman tədbirləri dayandırılıb. Türkiyədə yarışlar azarkeşsiz keçdiyi halda, Rusiyada heç bir ciddi qadağa yoxdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button