Qazaxıstan yığmasının Azərbaycanla oyunlar üçün heyəti açıqlandı
Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 6-da Bakıda, 5 gün sonra isə Astanada keçiriləcək Azərbaycan və Qazaxıstan milli komandalarının oyununa hazırlıq məqsədi ilə rəqib təlim-məşq toplanışına başlayıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Rikardo Kaka yığmaya 16 futzalçı dəvət edib ki, onlardan 3-ü qapıçıdır:
Qapıçılar: İqita, Narun Serikov (hər ikisi “Kayrat”), Kanat Jetkirbaev (“Aktobe”);
Oyunçular: Duqlas, Edson, Birjan Orozov, Dauren Tursaqulov, Albert Akbalıkov (hamısı “Kayrat”), Çingiz Yesenamanov, Rayımbek Juma, Akjol Daryabai (hamısı “Semey”), Azat Valiullin, Rəsul Abdumanapuli (hər ikisi “Ayat”), Arnold Knaub (“Jetisu”), Oljas Taybasarov (“Astana”), Leo (“Joinville”, Braziliya).
Bu komandalar arasında ilk görüş oktyabrın 6-da, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.
Bizi Facebook-da izləyin