![](https://komanda.az/wp-content/uploads/2022/04/astana.jpg)
Qazaxıstan – Azərbaycan matçının stadionu açıqlandı
Futbol üzrə UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Qazaxıstan yığmasının ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar Qazaxıstanın paytaxtı Nur-Sultandakı “Astana Arena”da keçiriləcək.
Görüşlər Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qazaxıstan – Azərbaycan matçı iyunun 3-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin