“Atalanta” fantastik idi” – Keçmiş futbolçu


“Liverpul”un sabiq hücumçusu Piter Krauç Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Atalanta”ya məğlubiyyəti (0:3) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu ikinci hissədə “Atalanta”nın daha üstün oynadığını bildirib:

“Can Pyero Qasperininin irəli sürdüyü oyun sxemi onun cəsarətindən danışır. Komanda çox sıx oynadı, buna görə də “Liverpul” topu tənzimləyə bilmədi. İkinci hissədə isə “Atalanta” daha da üstün oldu. “Atalanta” sadəcə olaraq fantastik idi”.

“Atalanta” ilə “Liverpul” arasında cavab matçı aprelin 18-də İtaliyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button