Qasperini keçmiş futbolçusunu “Roma”da görmək istəyir

Almaniyanın “Union Berlin” klubunun müdafiəçisi Robin Qosens karyerasını “Roma”da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun transferində şəxsən İtaliya klubunun yeni baş məşqçisi Can Pyero Qasperini maraqlıdır. Onlar əvvəllər “Atalanta”da birlikdə çalışıblar.

Qosens 2024/2025 mövsümündə icarə əsasında “Fiorentina”da çıxış edib. 30 yaşlı müdafiəçi 41 matçda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button