“Qarışıq hisslər keçirirəm” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 8-ci turunun təxirə salınmış “Lids”lə görüşündən sonra (2:2) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, matça çox pis başladıqlarını deyib:
“Qarışıq hisslər keçirirəm. Təbii ki, bir xal qazandığımız üçün sevincliyəm, amma iki xal itirdik. Matça çox pis başladıq. Bu, qəbuledilməzdir. Çox gözəl qol şansları yaratdıq. Əslində, fasiləyə qədər hesabı bərabərləşdirməli idik”.
Mançester təmsilçisi hazırda 43 xalla çempionatın turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Lids” isə 19 xal toplayıb və 17-ci sırada yer alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin