
Sabiq futbolçudan Xabi Alonsoya xatırlatma
“Real”ın sabiq oyunçusu Qaret Beyl komandanın baş məşqçisi Xabi Alonsonun işi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uelsli sabiq hücumçu bunu deyib:
“Hamı bilir ki, bəzən “Real” təkcə taktikaya deyil, həm də fərdi oyunçuların keyfiyyətlərinə güvənir. Əminəm ki, Alonso oyunçu və məşqçi kimi geniş təcrübəsini nəzərə alaraq, bunu mükəmməl başa düşür”.
Xabi Alonso bu yayın əvvəlində Braziliya millisinə gedən Karlo Ançelottini əvəz edərək, “Real”a rəhbərlik etməyə başlayıb.
Madrid klubu noyabrın 4-də Çempionlar Liqasında “Liverpul”a 0:1 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



