“Qaradağ Lökbatan”ın həkimi 5 oyunluq cəzalandırılıb

Azərbaycan 1-ci Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə 5 oyunluq cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna 1-ci Liqanın 13-cü turunda “Mingəçevir”lə matçın 75-ci dəqiqəsində onun həkimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. Bakı klubu həkiminin hərəkətinə görə 400 manat cərimələnib.

AFFA sözügedən oyunun 76-cı dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qıırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimovu 4 oyunluq cəzalandırıb. Bununla yanaşı, klub 300 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button