“Qarabağ”la ilk rəsmi oyun
Azərbaycan Premyer Liqasının 17-ci turunda “Keşlə” ilə oyun “Qarabağ”ın futbolçusu Amin Ramazanov üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 19 yaşlı qapıçı sözügedən matçda meydana çıxıb. Bununla da, o, “Qarabağ”ın heyətində ilk rəsmi oyununu keçirib.
“Keşlə” – “Qarabağ” matçı 0:0 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin