“Qarabağ”ın sabiq futbolçusu karyerasını başa vurdu

“Qarabağ”ın sabiq futbolçusu Sergey Kravçenko karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bunu 39 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

Son olaraq Odessa “Çernomorets”inin şərəfini qoruyan Ukrayna millisinin keçmiş oyunçusu sosial şəbəkə vasitəsilə futboldan getdiyini bildirib. Onun Ruslan Rotanın baş məşqçisi olduğu “Aleksandriya” klubunun məşqçilər korpusuna cəlb olunması gözlənilir.

Xatırladaq ki, Kravçenko 2005/06 mövsümündə Azərbaycanda “Qarabağ”ın formasını geyinib. O, “Dnepr”, “Volın” (Lutsk), “Dinamo” (Kiyev), “Vorskla” kimi klubların da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button